"Qarabağ"ın "Nyukasl"la oyununa 19 minə yaxın bilet satıldı
Fevralın 18-də Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl Yunayted" (İngiltərə) qarşılaşmasına satılmış bilet sayı müəyyənləşib.
Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, bu gün saat 12:00-da satışa çıxarılmış biletlərdən artıq 19 minə yaxını sahibinə qovuşub.
Daha dəqiq desək, görüş üçün hələlik 18 750 bilet alınıb. Bilet satışı davam edir.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Mərkəzi arenada keçiriləcək matç saat 21:45-də başlanacaq.
