UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNDİ

UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNDİ

UEFA Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi “Qarabağ” Polşada meydana çıxıb.

Qurban Qurbanovun komandası Lublin şəhərində Kiyev "Dinamo"sunun qonağı olub.

Cavab matçı avqustun 13-də Bakıda baş tutacaq.

Cütün qalibi pley-offda "Tvente" (Niderland) - "DAK 1904" duelinin güclüsü ilə qarşılaşacaq.


UEFA Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun


"Dinamo" Kiyev (Ukrayna) - "Qarabağ" (Azərbaycan) 1:0

Baş hakim: Morten Kroq

Yan xətt hakimləri: Şteffen Bramsen, Viktor Skitte

Dördüncü hakim: Yakob Kelet (hamısı Danimarka)

Polşa, Lublin, "Arena Lublin".

"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 94. Tomaş Kendziora, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;

Baş məşqçi: İqor Kostyuk.

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 2. Mateus Silva, 25. Cebrail Mekreçkis, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşşuk, 7. Jali Muaddib, 29. Renaldo Sefas;

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Bruno Lanqa, Joni Montiel, Bəhlul Mustafazadə, Kadi Borges, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Bədavi Hüseynov, Samuel Lobato.

Baş məşqçi: Qurban Qurbanov.