"Kəpəz" mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirdi

"Kəpəz" mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Gəncə klubu daha əvvəl komandada oynamış Şakir Seyidovla müqavilə bağlayıb.
Müdafiəçi ilə anlaşma iki illik nəzərdə tutulub.
Seyidov 2023/2024-cü illər mövsümündə də "sarı-göylər"in formasını geyinib.