"Zirə" Azərbaycan millisinin futbolçusunu transfer etdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Zirə” iki futbolçu ilə müqavilə müddətini yeniləyib.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlayıb.
Son iki mövsümü komandada icarə əsasında çıxış edən İsmayıl İbrahimli isə “Qarabağ”dan transfer olunub. Yarımmüdafiəçi ilə anlaşma iki illik nəzərdə tutulub.