"Qarabağ"ın 1/4 final oyununun biletləri 5 manatdan satışa çıxarıldı
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı” ilə keçirəcəyi cavab oyunun biletlərini satışa çıxarıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq, 5, 10 və 20 manat aralığında dəyişir.
Biletlər bu gündən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Martın 4-də keçiriləcək matç saat 19:00-da başlanacaq.
Xatırladaq ki, "Qarabağ" ilk görüşdə 1:2 hesabı ilə uduzub.
