"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ölkə çempionu II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" kollektivi ilə qarşılaşacaq.
İrlandlar I təsnifat mərhələsində iki oyunun nəticəsinə görə Şimali İrlandiyanın "Linfild" klubunu mübarizədən kənarlaşdırıblar - 1:0, 1:1.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Şelburn"la ilk olaraq iyulun 22-də səfərdə görüşəcək.
Cavab qarşılaşması iyulun 29-da Bakıda baş tutacaq.