"Turan Tovuz" bu il çempionluğa oynayacaq" - VİDEOMÜSAHİBƏ

"Mənim həyat fəlsəfəm onan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025-26 mövsümünü çempion kimi başa vurmaq istəyirik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub" fikrini səsləndirən klub rəhbəri qərb təmsilçisinin 2025-26 mövsümünə hazırlıq çərçivəsində Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib:
"Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, hələ komandanı tam komplektləşdirmək olmadı. Çünki etdiyimiz transferlərdə yanılmaq istəmirik".
İdarə heyətinin sədri transfer məsələləri ilə bağlı "Turan Tovuz" azarkeşlərini sevindirəcək bir xəbər verib:
"Azarkeşlərə bildirmək istəyirəm ki, yeni futbolçuların alınması barədə müzakirələr aparırıq. Bundan sonra minimum 2-3 futbolçunu da heyətə cəlb etməyi planlaşdırırıq. Skaut heyətimiz bu işin üzərində ciddi çalışır".