"Arsenal", "Roma" və "Qarabağ"...

"Arsenal", "Roma" və "Qarabağ"...

Avropada daxili çempionatlarda ən az qol buraxan komandaların reytinqi açıqlanıb.

"Mediasport" xəbər verir ki, İngiltərə nəhəngi "Arsenal" və İtaliyanın titullu klubu "Roma" ilə yanaşı, "Qarabağ" da 3-cü pilləni bölüşür.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi cari mövsüm meydana çıxdığı 8 Premyer Liqa görüşündə ümumilikdə 3 qol buraxıb.

Eyni sayda top buraxmış "Arsenal" və "Roma" isə buna 9 oyunda nail olub.

Sıralamanın liderləri olan "Portu" və "Tre Friori" cəmi 2 top buraxıblar.