"Qarabağ"ın U-19 komandası bu dəfə də böyük hesabla məğlub oldu

"Qarabağ"ın U-19 komandası bu dəfə də böyük hesabla məğlub oldu

UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin 2-ci tur qarşılaşmaları keçirilir.

"Mediasport" xəbər verir ki, yarışda təmsilçimiz "Qarabağ"ın U-19 komandasının növbəti görüşü Bakıda olub.

Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Danimarkanın "Kopenhagen" komandası ilə üz-üzə gəlib.

Suraxanıda yerləşən "Azərsun Arena"da keçirilən matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 0:5.

Xatırladaq ki, "atlılar" ilk turda Portuqaliyaya 1:7 hesabı ilə uduzublar.