"Qəbələ" mövsümü qələbə ilə başa vurdu, "Karvan" səfərdə uduzdu

"Qəbələ" mövsümü qələbə ilə başa vurdu, "Karvan" səfərdə uduzdu

Futbol üzrə Azərbaycan 1-ci Liqasında sonuncu - 27-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Çempionluğu vaxtından əvvəl təmin etmiş "Qəbələ" liqadan düşəcəyi dəqiqləşən "Qaradağ Lökbatan"a güzəştə getməyib.

Premyer Liqaya vəsiqə qazanna digər kollektiv - "Karvan" isə Mingəçevir səfərində uduzub.

Tura sabah yekun vurulacaq.

Xatırladaq ki, "Qəbələ" və "Karvan"la yanaşı, "İmişli" də Premyer Liqaya yüksəlib, bu tur yalnız pley-off oynayacaq komanda müəyyənləşəcək.

Turnir cədvəlində 6-9-cu yerlərdə qərarlaşmış kollektivlərin hər biri 2-ci Liqanın 4-cü komandası ilə pley-offda oynaya bilər. 


Azərbaycan 1-ci Liqası. 27-ci tur


22 may (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3

Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

Lökbatan OİK stadionu, 17:00

 
“Mingəçevir” – “Karvan” 2:1

Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

 Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00


 23 may (cümə)

“Cəbrayıl” – “Zaqatala” 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Namiq Əliyev

“ASCO Arena”, 15:00 


“Baku Sporting” – MOİK 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Binə qəsəbə stadionu, 15:00


“Difai” – “İmişli”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Şamaxı OİK stadionu, 15:00