Orxan Sadıqlı özünə klub tapdı

 Orxan Sadıqlı özünə klub tapdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışacaq "Karvan-Yevlax" yeni transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu Orxan Sadıqlı ilə anlaşıb.

Aranlılar 33 yaşlı qapıçı ilə 1 mövsümlük müqavilə bağlayıblar.

Son mövsümü bu liqada "Mingəçevir"də keçirmiş Sadıqlı karyerası ərzində "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" "Zirə" və "Şəmkir" klublarının qapısını qoruyub.