Azərbaycanın qadın hakimi UEFA Konfrans Liqasına təyinat aldı
FİFA referisi Tural Qurbanov növbəti təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda iş başında olacaq.
O, "Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasını idarə edəcək.
Qurbanova Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matç iyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.


