"Araz-Naxçıvan" avrokuboklara əzmkar qələbə ilə başladı

Azərbaycanın avrokubok təmsilçilərindən "Araz-Naxçıvan" Avropa səhnəsində debüt matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Elmar Baxşıyevin komandası avrokuboklarda ilk oyununu doğma meydanda Yunanıstan klubuna qarşı keçirib.
"Ağ-qırmızılar" Mərdəkanda UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında əzmkar qələbə qazanıblar.
Təmsilçimizin "Aris"lə cavab görüşü iyulun 31-də səfərdə olacaq.
UEFA Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyun
"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) 2:1
Qollar: Felipe Santos, 75, Patrik Andrade, 78 - Loren Moron, 66.
Baş hakim: Andrey Kivulete (Rumıniya)
Bakı, "Dalğa Arena".
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Baş məşqçi: Elmar Baxşıyev.
"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron.
Baş məşqçi: Marinos Ouzounidis.