Rəqəmlərlə 2025/2026 mövsümü
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb.
"Mediasport" xəbər verir ki, hesabatda cari mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub.
Rəqəmlərlə 2025/2026 mövsümü
1. Ümumi statistika: 511 qol, 198 oyun, 2,58 məhsuldarlıq, 55 penalti qolu, 17 qolsuz oyun, 15 avtoqol, 14 vurulmayan penalti
2. Ən çox məhsuldar ötürmə edən futbolçular: Timoteuş Puxaç - 12, Aleksey İsayev - 8, Coy Lens Mikels - 8, Velko Simiç - 8 (hamısı "Sabah"), Luis Silvestr - 8 ("İmişli"), Emin Mahmudov - 8 ("Neftçi")
3. Ən məhsuldar tur: 8-ci tur (24 qol)
4. Ən az qol vurulan tur: 21-ci tur (5 qol)
5. Ən çox penalti vuranlar: Ruan Renato (7/6), Coy Lens Mikels (6/5), Emin Mahmudov (5/5), Toral Bayramov (5/4), Aleksandr Ramalinqom (5/2)
6. Ən çox quru oyun keçirən qapıçılar: Stas Pokatilov ("Sabah") - 13, Rikardo Fernandes ("Şamaxı") - 13, Andrey Sinenka ("İmişli") - 11, Tiaqo Silva ("Zirə") - 11, Oleq Baklov ("Turan Tovuz") - 10, Kenan Piriç ("Neftçi") - 10


