Azərbaycan klubu 5 üzvü ilə müqavilənin müddətini yenilədi

Azərbaycan klubu 5 üzvü ilə müqavilənin müddətini yenilədi

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyətlə bağlı çalışmaları davam etdirir.

"Mediasport" xəbər verir ki, Aran təmsilçisi 5 futbolçusu ilə müqaviləni yeniləyib.

Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərov növbəti mövsümü də bölgə klubunun heyətində keçirəcək.

Qeyd edək ki, komanda baş məşqçi Fərid Namazovla yanaşı, futbolçulardan Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla yollarını ayırıb.