Gürcüstanın Gəncədəki baş konsulu "Kəpəz"in qonağı oldu

Gürcüstanın Gəncədəki baş konsulu "Kəpəz"in qonağı oldu

Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze və konsulluğun inzibati meneceri Malxaz Xulordava “Kəpəz”in qonağı olub.

"Mediasport" xəbər verir ki, akademiyada keçirilən görüşdə klubun rəhbərliyi iştirak edib.

Qonaqlara klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qərblilərin İdarə Heyətinin üzvü Fərman Əlizadə tərəfindən baş konsul Kaxaber Abdaladzeyə klubun forması və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış futbolçu İlqar Burcəliyevin xatirəsinə həsr oedilmiş “Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabı hədiyyə olunub.