"Bizim üçün qeyri-tipik oyunçudur - Texnikası və oyun tərzi fərqlidir"

"Bizim üçün qeyri-tipik oyunçudur - Texnikası və oyun tərzi fərqlidir"

"Heyətə yeni cəlb olunan futbolçular var. Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov deyib.

O, yığmaya dəvət edilən Lorenso Mezzotero və Mustafa Kamara haqqında danışıb:

"Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür. Bu gün Lorenzo Mezzotero ilk məşqinə çıxdı. Bir məşqlə heçnə demək olmaz. Gözləntilərimiz var. Mustafa Kamara isə sabah ilk məşqinə çıxacaq. O, bizim üçün qeyri-tipik oyunçudur. Çünki texnikası və oyun tərzi fərqlidir. Kamaranın yığma üçün faydalı olacağını düşünürəm".

Çalışdırıcı təlim-məşq toplanışından söz açıb, daha sonra yoxlama görüşləri haqqında fikirlərini bölüşüb:

"Bu gündən məşqlərə başladıq. Komandada ab-hava yaxşıdır. Hazırlığa yaxşı temlə start vermişik. İnanırıq ki, toplanışın sonuna qədər hər şey yüksək səviyyədə davam edəcək. Türkiyədə bizi iki yoxlama oyunu gözləyir. Lakin heç vaxt rəsmi matçlarla yoxlama görüşlərini ayırmıram. Məqsədimiz ancaq maksimum nəticə əldə etmək olacaq".

21 yaşadək futbolçulardan ibarət yığmamız mayın 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyədə təlim-məşq toplanışında olacaq

İspartadaki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək.

"Sav" stadionunda baş tutacaq hər iki matç Bakı vaxtilə saat 18:00-da start götürəcək.