"Neftçi"dən getdi - Afrika Millətlər Kubokunda 82 dəqiqə oynadı

"Neftçi"dən getdi - Afrika Millətlər Kubokunda 82 dəqiqə oynadı

"Neftçi" və "Sumqayıt"In futbolçuları Afrika Millətlər Kubokunda 1-ci tur görüşlərinə çıxıblar.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"dan Sessi D`Almeyda, "gənclik şəhəri" təmsilçisindən isə Abdul Raşid Mumininin formasını geyindiyi Benin yığması Konqo Demokratik Respublikası millisi ilə qarşılaşıb.

Görüş ikincilərin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0.

D`Almeyda 82, Mumini isə 90 dəqiqə meydanda olub.

Benin futbolçuları dekabrın 27-də 2-ci turda Seneqalla üz-üzə gələcəklər.