"Sabah"ın UEFA Avropa Liqası oyunlarının saatları açıqlandı
 
                                Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah"ın I təsnifat mərhələsində keçirəcəyi oyunların başlanma saatları dəqiqləşib.
"Mediasport" xəbər verir ki, Sloveniyanın "Selye" kollektivi ilə iyulun 10-da Bakıda baş tutacaq ilk görüş saat 20:00-da start götürəcək.
Matç "Bank Respublika Arena"da reallaşacaq.
İyulun 17-də oynanılacaq cavab dueli isə Bakı vaxtilə 22:00-da başlanacaq.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
