Bundesliqada oynayacaq ilk azərbaycanlının təəssüratları

Bundesliqada oynayacaq ilk azərbaycanlının təəssüratları

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam".

"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva deyib.

Almaniyanın "Hamburq" klubuna transfer edilən müdafiəçi təəssüratlarını bölüşüb:

"Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam.

Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Xatırladaq ki, Mirzəliyeva Almaniyaya Rusiyanın "Zenit" klubundan yollanıb.