"Turan Tovuz" Türkiyədə Albaniya və Mərakeş klubları ilə üz-üzə

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Turan Tovuz" daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Boluda avqustun 2-də Albaniyanın "Flamurtari" klubu ilə üz-üzə gələcək.
Avqustun 5-də isə rəqib Mərakeşin "Vidad" komandası olacaq.
Hər iki görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Xatırladaq ki, Kurban Berdıyevin komandası Türkiyədə keçirdiyi yoxlama matçlarında "Çorum" (1:1) və "Keçiörəngücü" (0:0) ilə bərabərə qalıb.