"Araz-Naxçıvan" və "Zirə"nin Konfrans Liqası rəqibləri bilindi

"Araz-Naxçıvan" və "Zirə"nin Konfrans Liqası rəqibləri bilindi

Azərbaycanın UEFA Avropa Konfrans Liqasında təmsilçiləri "Zirə" və "Araz-Naxçıvan"ın II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası "Hayduk"la (Xorvatiya) qarşılaşacaq.

Elmar Baxşıyevli naxçıvanlılar isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcəklər.

II raundun görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye"yə rəqib olacaq "Sabah" Sloveniya klubuna uduzsa, yoluna Konfrans Liqasının ikinci təsnifat məhələsində davam edəcək.

Burada rəqib "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi olacaq.