"Difai"dən Serbiyaya yollanıb Nenad Lalatoviçə "Qarabağ"ın formasını hədiyyə etdi - FOTO
Futbol üzrə Azərbaycan 1-ci liqasında yarışan "Difai" klubunun baş məşqçisinin köməkçisi Elman Sultanov Serbiyaya yollanıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis burada UEFA PRO kateqoriyası üzrə təlim proqramı çərçivəsində təcrübə keçir.
O, yerli "Novi Pazar" komandasının düşərgəsində təcrübə mübadiləsində iştirak edərək komandanın hazırlıq prosesi ilə tanış olur.
Komandanın baş məşqçisi Nenad Lalatoviçlə görüşən Sultanov 49 yaşlı məşqçiyə "Qarabağ" Futbol Klubunun formasını hədiyyə edib.
/
