"Sabah" UEFA Çempionlar Liqasında 2-ci raunda yüksəldi
Azərbaycanın UEFA Çempionlar Liqasında təmsilçisi "Sabah" 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın başılıq etdiyi kollektiv Uels səfərində TNS-in qonağı olub.
Bu matç da komandamızın qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "bayquşlar" Bakıda baş tutan ilk dueldə də 2:0 hesablı qələbə qazanmışdılar.
"Sabah" 2-ci raundda Finlandiyanın "KuPS" kollektivi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunu
TNS (Uels) - "Sabah" (Azərbaycan) 0:2
Baş hakim: Mateo Buskets (İspaniya)
Uels, Ösvestri, "Park Holl" stadionu


