Millimizlə qarşılaşacaq Latviya yığmasına 25 futbolçu çağırıldı

İyunun 7-də Riqadakı “Skonto” stadionunda beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Latviya millisinin heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, italyan baş məşqçi Paolo Nikolato düşərgəyə 25 futbolçu cəlb edib.
Görüş Bakı vaxtilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, komandamız 3 gün sonra Bakıda Macarıstan yığması ilə qarşılaşacaq.
Qapıçılar: Rihards Matreviçs (“Auda”), Krisyanis Zviedris (“Riqa”), Frenks Davids Orols (“Super Nova”);
Müdafiəçilər: Roberts Savalnieks (RFS), Andreys Siqaņiks (“Lütsern”, İsveçrə), Raivis Andris Yurkovskis, Antoniys Çernomordiys, Maksims Toņişevs (hamısı “Riqa”), Kristers Tobers (“Aberdin”, Şotlandiya), Vitaliys Yaqodinskis (“Visaksa”, Kamboca), Daniels Balodis (“Sent-Conston”, Şotlandiya), Deniss Meļņiks (“Auda”);
Yarımmüdafiəçilər: Alvis Yaunzems (“Stal”, Polşa), Alekseys Savelyevs (“Qloriya”, Rumıniya), Eduards Daşkeviç (“Riqa”), Renars Varslavans (“Auda”), Dmitriys Zelenkovs, Qļebs Jaleiko (hər ikisi RFS), Lukas Vapne (“Sondal”, Norveç), Kristaps Qrabovskis (“Metta”), Kristers Penkeviçs (“Yelqava”);
Hücumçular: Yanis İkaunieks (RFS), Vladislavs Qutkovskis (“Tedjon Hana Sitizen”, Cənubi Koreya), Marko Reqza (“Riqa”), Bruno Melnis (“Liepaya”).