Bölgə klubu SPONSOR tapdı
 
                                Yeni mövsümdən AFFA Region Liqasında mübarizə aparacaq "Sabirabad" futbol klubu özünə sponsor tapıb.
"Mediasport" xəbər verir ki, Aran təmsilçisinə rayonda fəaliyyət göstərən "Omega Hospital" dəstək olacaq.
Klubla tibb ocağı arasında sponsorluq müqaviləsi bağlanıb.
Qeyd edək ki, Region Liqasında yeni mövsüm martın 8-də start götürəcək.
 
                        
 
    
             
    
             
    
             
         
         
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
