AFFA İK "Şamaxı" və "Turan Tovuz"u 2500 AZN cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 10-cu tur görüşlərində qeydı alınmış qayda pozuntularının hüquqi qiymətləri açıqlanıb.
İK "Şamaxı" və "Turan Tovuz" klublarını meydana kənar şəxslər daxil olduğuna görə 2500 manat cərimələyib.
"Şamaxı" "Neftçi" ilə matçın fasiləsində, "Turan Tovuz" isə "Sabah"la oyun başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna 2500 manat ödəyəcək.
"Neftçi"nin fotoqrafı əsasnamənin tələblərini pozduğu üçün bakılılar 500 manat cərimə olunublar.

