Azərbaycan millisi Bakıda Tacikistan yığmasına qalib gəldi
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçı keçirib.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Tacikistan yığmasını qəbul edib.
8-ci km qəsəbə stadionunda reallaşan qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşıb.
Görüş bu ayın sonu və oktyabrın əvvəlində start götürəcək UEFA Millətlər Liqası oyunlarına hazırlıq xarakteri daşıyır.
Beynəlxalq yolşdalıq oyunu
Azərbaycan – Tacikistan 1:0
Qol: Toral Bayramov, 58.
Baş hakim: Roman Jitari
Yan xətt hakimləri: Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova)
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan)
VAR: Abduraşid Xudoyberqanov (Özbəkistan)
AVAR: Kamran Bayramov (Azərbaycan)
Bakı, 8-ci km qəsəbə stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 7. Toral Bayramov, 6. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev 21. Rəhim Sadıxov 22. Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov.
Tacikistan: 23 Baklov, 20 Karamatullozada, 6 Hanonov, 2 Z. Cüraboyev, 3 İslomov, 18 Şukurov, 15 Mabatşoyev, 7 Umarbayev, 10 Cəlilov, 5 İrqaşev, 9 Soirov.
Baş məşqçi: İqor Anqelovski.

