Qismət Alıyev qarşıdakı iki matçda "Zirə"yə kömək edə bilməyəcək

AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyevi diskvalifikasiya edib.
"Mediasport" xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın 33-cü turunun “Turan Tovuz”la oyununun 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alması səbəb olub.
Cinah futbolçusu 2 oyunluq cəzaya mərzu qalıb, komandası 1500 manat cərimə olunub.