"Şamaxı"da 16-cı ayrılıq - FOTO
"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu Ravil Qafarovla yollarını ayırıb.
20 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
O, 2025/2026 mövsümündə "Şamaxı"nın heyətində cəmi 3 oyuna çıxıb.
Onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov və Sezar Enrike tərk edib.
Beləliklə, "Şamaxı"dan gedən futbolçuların sayı 16-ya çatdı.



