AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələdi - SƏBƏB

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələdi - SƏBƏB

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 2-ci turunun "Kəpəz" - "Karvan-Yevlax" matçında qonaqlar Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərflərdən istifadə edildiyi üçün cərimələnib.

Debütanta ilk turda güzəşt edilməsinə baxmayaraq, analoji hal yenidən təkrarlandığı üçün klub 1500 manat cərimələnib.

"Turan Tovuz" - "Araz-Naxçıvan" matçında isə Muxtar Respublika klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.