"Qarabağ" Medinanı mükafatlandırdı

"Qarabağ" Medinanı mükafatlandırdı

"Qarabağ" Premyer Liqanın 30-cu turunun "Turan Tovuz"la ev oyunundan əvvəl müdafiəçisi Kevin Medinanı mükafatlandırıb.

"Mediasport" xəbər verir ki, kolumbiyalı 29-cu turun “Neftçi” ilə görüşündə (5:1) Ağdam klubunun forması ilə 200-cü matçını keçirib.

Futbolçuya rəmzi hədiyyəni komandanın Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev təqdim edib.

Qeyd edək ki, Medina 200 qarşılaşmada 6 qola imza atıb.

O, ölkə çempionatında 117 (3 qol), avrokuboklarda 69 (3 qol), ölkə kubokunda isə 14 oyunda şans qazanıb.