"Neftçi"dən ayrılan monteneqrolu oyunçu sabiq komandasına qayıtdı
2025/2026 mövsümü başa çatdıqdan sonra "Neftçi"dən ayrılan Edvin Kuç sabiq klubu ilə müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi "Balkani" ilə 1 illik müqavilə imzalayıb.
32 yaşlı Edvin başa çatan sezon "ağ-qaralar"ın heyətində 10 oyuna çıxıb.
Kuç 2019-2024-cü illərdə də "Balkani"də forma geyinib. O, Kosova klubu ilə 3 dəfə çempionluq sevinci yaşayıb.


