"Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı

 "Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 6-cı turunda baş tutacaq "Qarabağ" - "Qəbələ" oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqələrinə gəlincə, oyunu izləmək istəyənlər biletləri "iTicket.az"-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.

Sentyabrın 26-da "Azərsun Arena"da keçiriləcək görüş saat 19:00-da başlanacaq.