"Zirə" üçün dördüncü sınaq

"Zirə" üçün dördüncü sınaq

"Zirə" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi Türkiyənin "Fatih Karagümrük" komandası ilə qarşılaşacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın İstanbul təmsilçisi ilə matçı Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

"Qartallar" buna qədər keçirdiyi yoxlama matçlarında "Qarabağ" (3:4), Özbəkistanın "Navbahor" (1:3) və Türkiyənin "Iğdır" (3:4) klublarına uduzub.