"Neftçi" heyətini cənubi amerikalı müdafiəçi ilə gücləndirdi - RƏSMİ

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi "Araz-Naxçıvan"dan İqor Ribeyro ilə müqavilə bağlayıb.
Braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.
Naxçıvan klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.
28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.
Qeyd edək ki, "ağ-qaralar" daha əvvəl heyətə Sessi D Almeyda, Luis Ortis, Murad Xaçayev və Elvin Bədəlovu cəlb ediblər.