"Səbail" Şamaxıda xal qazandı, Mərdəkanda "sülh" oldu - VİDEO

"Səbail" Şamaxıda xal qazandı, Mərdəkanda "sülh" oldu - VİDEO

Azərbaycan Premyer Liqasında 33-cü turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Hər iki görüşdə qalib müəyyənləşməyib.

Liqada qalmaq uğrunda son ümidlərini xərcləyən "Səbail" Şamaxıda meydana çıxıb.

Avrokuboklara getməyi hədəfləyən "Sabah" əsas rəqiblərindən "Araz-Naxçıvan"ın qonağı olub.

Tura sabah yekun vurulacaq.

İlk gündə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gələn Rəşad Sadıqovun "Zirə"si sona 3 tur qalmış ikinci yer və gümüş medalı təmin edib.

Şəriksiz lider "Qarabağ" isə çempionluğunu ötən tur rəsmiləşdirib.


Azərbaycan Premyer Liqası. 33-cü tur


“Şamaxı” - “Səbail” 1:1

Qollar: Alfons Msanqa, 33 - Rüfət Abdullazadə, 67-pen.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu


“Araz-Naxçıvan” - “Sabah” 1:1

Qollar: Ülvi İsgəndərov, 20 - Vensan Till, 43.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Liv Bona Dea Arena"