UEFA püşkü atdı: "Qarabağ" Xorvatiya klubu ilə qarşılaşacaq

UEFA püşkü atdı: "Qarabağ" Xorvatiya klubu ilə qarşılaşacaq

UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, yarışda iştirak edəcək "Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib.

Turnirə ikinci mərhələdən başlayacaq təmsilçimiz Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.

Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub.

"Qarabağ"ın U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.