"Qarabağ"ın bu mövsüm son ev matçının biletləri satışa çıxarılır

"Qarabağ"ın bu mövsüm son ev matçının biletləri satışa çıxarılır

"Qarabağ"ın mayın 11-də Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan”la oyununun biletləri bu gün satışa çıxarılacaq.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri saat 12:00-dan etibarən onlayn şəkildə əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azərsun Arena”nın kassasında da satışda olacaq.

Saat 20:00-da başlanacaq qarşılaşma "Azərsun Arena"da keçiriləcək.

Stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.