"Sabah" daha bir futbolçusu ilə anlaşmanı yeniləmədi - RƏSMİ

"Sabah" daha bir futbolçusu ilə anlaşmanı yeniləmədi - RƏSMİ

“Sabah” daha bir futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, komanda lüksemburqlu yarımmüdafiəçi Vensan Tillin başa çatan müqaviləsini yeniləməyib.

2023-cü ildən “Sabah”ın formasını geyinən Till 35 oyunda 3 qolla yadda qalıb.

Qeyd edək ki, "bayquşlar" onadək Şakir Seyidov, Vasili Berezutski (baş məşqçi), Yon İrasabal və Namik Ələskərovu yola slaıblar.