UEFA Superkuboku finalının əsas hakimi "Qarabağ"ın ÇL oyununda

"Qarabağ"In UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la səfər matçının hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, avqustun 19-da Macarıstanda keçiriləcək görüşü portuqaliyalılar idarə edəcəklər.
Bir neçə gün əvvəl UEFA Superkubokunun finalında baş tutmuş PSJ - "Tottenhem" qarşılaşmasının baş hakim Joau Pineyruya yan xətdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivu Pereyra yerinə yetirəcək.
Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi olacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.