"Qarabağ" - “Sumqayıt" oyununun biletləri 2 AZN-dən satışa çıxarılır
Noyabrın 29-da Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Sumqayıt" oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər "Azərsun Arena"da baş tutacaq görüşün biletlərini saat 12:00-dan etibarən iTicket.az saytı vasitəsilə əldə edə bilərlər.
Biletlərin qiyməti 3-15 AZN arasında dəyişir.
QR biletlər oyun günü stadionun kassasında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Matç saat 17:00-da start götürəcək.

