Tarixə düşən "Turan Tovuz"lunu vətənində mükafatlandırdılar

Tarixə düşən "Turan Tovuz"lunu vətənində mükafatlandırdılar

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama milli komandasının heyətində 50-ci matçına çıxıb.

"Mediasport" xəbər verir ki, federasiya müdafiəçiyə yubileyi münasibətilə üzərində 50 rəqəmi yazılmış forma hədiyyə edib.

Xatırladaq ki, Millerin yığmada 50-ci görüşü Dominikan Respublikası ilə keçirilən yoldaşlıq oyununda reallaşıb.

Azərbaycan Premyer Liqasından birbaşa dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşən Miller "Turan Tovuz"da 2023-cü ildən forma geyinir.