Sabiq "Qəbələ"li Çempionlar Liqasının iştirakçısı ilə anlaşdı
2023/2024-cü illər mövsümündə "Qəbələ"də oynamış Lukas Afriko Qazaxıstana yollanıb.
"Mediasport" xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi "Kayrat"la anlaşıb.
"Sambaçı" UEFA Çempionlar Liqasının iştirakçısı ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, 30 yaşlı cənubi amerikalı Azərbaycan klubunun heyətində 30 oyun keçirib.
