"Araz-Naxçıvan"da yeni müqavilə

  "Araz-Naxçıvan"da yeni müqavilə

"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə müqavilənin müddətini uzadıb.

"Mediasport" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il Muxtar Respublika təmsilçisinin formasını geyinəcək.

O, 2023-cü ildən Naxçıvan klubunun uğurları üçün çalışır.

Mustafa 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın heyətində ümumilikdə 27 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.