"Neftçi"nin futbolçusunun ayağına 7 yerdən tikiş qoyuldu - AÇIQLAMA
Premyer Liqanın 18-ci turunun "Araz-Naxçıvan"la görüşündə zədələnən "Neftçi"nin futbolçusu Freddi Varqasın vəziyyəti müəyyənləşib.
Bakı klubundan "Mediasport"a verilən məlumata görə, venesuaelalı vingerin ayağına tikiş qoyulub.
O, yaxın günlərdə fərdi məşqlərə başlayacaq:
"Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıldığı üçün 7 tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək".
Qeyd edək ki, 27 yaşlı futbolçu zədə almasaydı da, liqada sarı vərəqə limitini doldurduğu üçün növbəti tur görüşündə meydana olmayacaqdı.
