Yığmamızın futbolçusu oynadı, komandası 1 xala sevindi - VİDEO
Futbol üzrə Macarıstan Yüksək Liqasında 6-cı turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kişvarda” evdə “Dyor”u qəbul edib.
Matçda qalib müəyyənləşməyib - 1:1.
Nuriyev meydana 70-ci dəqiqədə daxil olub.
“Kişvarda” hazırda 6 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


