Paytaxt klubunun braziliyalı legioneri 7-8 ay futbolsuz qalacaq
"Zirə"nin oyunçusu Enrike Kustodio əməliyyat olunub.
"Mediasport" xəbər verir ki, futbolçu Braziliyada ön çarpaz bağlarından cərrahi müdaxiləyə məruz qalıb.
Müdafiəçi 6-8 ay sonra yaşıl meydanlara dönəcək.
O, 2025-ci ilin sentyabrından qəsəbə təmsilçisinin formasını geyinir.
"Sambaçı" 2025/2026 mövsümündə 29 oyuna çıxıb.


