"Neftçi"nin yeni transferi Polşada komanda ilə məşqlərə qoşuldu

"Neftçi"nin yeni transferi Polşada komanda ilə məşqlərə qoşuldu

“Neftçi” Polşa təlim-məşq toplanışını davam etdirir.

"Mediasport" xəbər verir ki, Keltse şəhərindəki “Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” toplanışın 16-cı gün məşqinə çıxıblar.

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində yeni transfer - hücumçu Alessio Kurçi də iştirak edib.

Qeyd edək ki, “Hapoel" (İsrail, Təl-Əviv) (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Təmsilçimizin son yoxlama oyunu avqustun 1-də Kiprin AEL klubuna qarşı olacaq.