"Zirə"nin xorvatlarla KL oyununu yunan hakimlər idarə edəcəklər

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək "Zirə"nin II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk” klubu ilə Bakıdakı matçının hakimləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Xristos Varqetis, köməkçiləri Andreas Fotopulos və Konstantinos Staykos olacaqlar.
Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.
İyulun 23-də "Neftçi Arena"da keçiriləcək oyun saat 20:00-da başlanacaq.